İlklərə imza atmağa davam edirik! Qlobal miqyaslı “Priceless” layihəsi ilk dəfə olaraq McCann komandasının imzası ilə Azərbaycanda həyata keçirildi. Kreativ konseptinin qurulmasından tutmuş, tur daxilində gediləcək ünvanlara qədər prosesin bütün mərhələlərini böyük bir həyəcanla hazırladığımız möhtəşəm təcrübəni sizə təqdim edirik. Alman sənayesinin Qafqazdakı izlərindən yola çıxaraq multikultural bir rəngarəngliyi özündə daşıyan torpaqlarımızda gizlənmiş xəzinələrdən birinə işıq tutmağı seçdik. İnanırıq ki, əsrlər boyu qorunan zəngin mədəniyyətimizdən süzülərək gələn ənənələrlə tarixi anın dadını çıxaran qonaqlara unudulmaz və “Priceless” bir təcrübə yaşada bildik. #McCann #Priceless