Məzmuna keç

Palenke

17°29′03″ şm. e. 92°02′47″ q. u.HGYO
Vikipediya, azad ensiklopediya
Palenke
ispan. Palenque
Xəritə
17°29′03″ şm. e. 92°02′47″ q. u.HGYO
Ölkə
Sahəsi
  • 1.772 ha
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Palenke (ispan. Palenque; mayya. Lakam-Haʔ) — hazırda Meksikanın Çyapas ştatında yerləşən[2] arxeoloji qədim mayya şəhərdir və xüsusilə Klassik dövrün (e.ə. 250 – e. 900) ən mühüm mərkəzlərindən biri.

Adının mənşəyi

[redaktə | vikimətni redaktə et]

Şəhərin mayya dilindəki adı olan Lakam-Xa, "Böyük Sular" və ya "Uca Sular" mənasını verir. Palenke, XVI əsrdə ispanların gəlişindən çox əvvəl tərk edilmişdi. Burada ilk avropalı Pedro Lorenzo de la Nada (1567-ci il) adlı rahib olmuşdur. O dövrdə "güclü evlər torpağı" mənasını verən "Otolum" adlı bölgədə "Çol" adlı qəbilə məskunlaşmışdı.

De la Nada bu adı ispan dilindəki "palenque" ("möhkəmləndirilmiş yer") sözü ilə əvəz etməyi üstün tutdu. Zamanla "Palenke" bölgədəki qədim şəhərin adı oldu. Alternativ bir nəzəriyyəyə görə "Palenke" sözü mayya dilində "yaquar günəşi" mənasını verən "balam-kin" ifadəsindən yaranmışdır. Bu termin Günəşin başqa bir aləmə keçdiyi yeri ifadə etmək üçün istifadə olunurdu.

Palenkedəki hökmdar Pakalın relyefi

Şəhərin klassik dövrdən əvvəl (e.ə. 2500 – e. 300) qurulduğu düşünülür. Palenke, klassik dövrdə Bakaal dövlətinin paytaxtı olmuşdur. Bakaal hökmdarları nəsillərini qədim dövrlərə bağlayırdılar. Bəzi iddialara görə bu mənşə tarixdən əvvəlki dövrlərə qədər gedib çıxır. Bununla belə, arxeoloji tapıntılar ilk hökmdar sülaləsini olmeklərə aid edir. Şəhərin ən məşhur hökmdarlarından biri Pakaldır. O, VII əsrdə hakimiyyətdə olmuş və əhəmiyyətli tikinti layihələri həyata keçirmişdir.

Palenke hökmdarları

[redaktə | vikimətni redaktə et]

Palenke hökmdarları "Toktanın Müqəddəs Hökmdarı" və ya "Baakalın Müqəddəs Hökmdarı" adlanırdı və hökmdar siyahısında "Əjdaha Onurğası" və Ça Hökmdarı I kimi bir neçə əfsanəvi lider vardır. Əgər Əjdaha Onurğası real şəxs olubsa, o zaman Olmek sivilizasiyasının hökm sürdüyü dövrdə yaşamış və bu gün mayya bölgəsi hesab olunan ərazilərlə geniş ticarət əlaqələri qurmuşdur. Palenkenin adı məlum olan ilk hökmdarı, e. ə. 3122-ci ildə doğulduğu deyilən "Ci-Ay" adlı İlk ata və e. ə. 3121-ci ildə doğulduğu deyilən Əcdad İlahəsidir. Palenkenin sülaləvi hökmdarları eramızın 431-ci ilində taxta çıxmış Balum-Kuk və ya Kuk-Balam (Quetzal Yaquar) ilə başlayır.[3]

Palenke hökmdarı Kiniç Kaan-Balam

Palenke hökmdarların bəziləri bunlardır:

  • Kuk-Balam (431–435),
  • Kaan Hoy Çitam (529–565),
  • Akal Mo Naab (565–570),
  • Kaan Balam (572–583),
  • İş-Yol İknal (qadın) (583–604),
  • Pakal (612),
  • İş-Sak-Kuk (qadın) (612–615),
  • Kiniç Xanaab Pakal (və ya II Pakal, 615–683),
  • Kiniç Kaan Balam (ya da II Çan Balam, 683–702),
  • Kiniç Kaan Xoy Çitam (702–711),
  • Ksok (711–722),
  • Kiniç Kuk-Balam (8 mart 765 -?).[4][3]
Palenkedəki Qeydlər Məbədi. Pakalın məqbərəsi 1948-ci ildə bu binanın altında aşkarlanmışıdır
Palenkedəki sarayın gözətçi qülləsi

Bu şəhər incə oyulmuş stelaları, mürəkkəb yazı sistemi və böyük məbədləri ilə tanınır. Panelkedəki əsas tikililər arasında "Qeydlər Məbədi" və "Kral Pakalın məqbərəsi" var. Qeydlər Məbədi mayyaların mürəkkəb qlif yazılarını ehtiva edən stelalarla doludur və bu, onların tarixi və siyasi hadisələri necə sənədləşdirdiklərini göstərir. Arxeoloji qazıntılar nəticəsində burada çox sayda heykəl, keramika və sənət əsərləri aşkar edilib.

Bu şəhər Mayya incəsənətinin və memarlığının ən yüksək səviyyələrindən birini nümayiş etdirir və 1987-ci ildə[2] UNESCO tərəfindən Ümumdünya İrsi Siyahısına daxil edilib.[5]

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. 1 2 "Palenque". 03.04.2025 tarixində arxivləşdirilib.
  3. 1 2 "The Dynastic Rulers Who Took the Throne of Palenque". 04.04.2025 tarixində arxivləşdirilib.
  4. "Genealogy of rules of Palenque". 04.04.2025 tarixində arxivləşdirilib.
  5. "Pre-Hispanic City and National Park of Palenque". 03.04.2025 tarixində arxivləşdirilib.
  翻译: