Women in Tech®Azerbaijan’s cover photo
Women in Tech®Azerbaijan

Women in Tech®Azerbaijan

Technology, Information and Media

Official Chapter of Women in Tech® Global

About us

Women in Tech® is an international organization on a mission to close the gender gap and to help women embrace technology. We promote girls’ and women’s empowerment around the world, with a focus on Sustainable Development Goal 5b: harnessing technologies.

Industry
Technology, Information and Media
Company size
2-10 employees
Headquarters
Baku

Updates

  • Hamı tətil edərkən, bizim qızlar işləməyə və inkişaf etməyə davam edirlər! Digər istiqamətlərlə yanaşı, biz Azərkosmos tərəfindən təşkil olunan Satellite Competition-a da qoşulduq. Bu dəfə bizim qəhrəman komandamızı öz peyklərini yaratmaq kimi ciddi və maraqlı bir sınaq gözləyir. Qarşıda texniki cəhətdən çətin, amma eyni zamanda çox ilhamverici bir yol var. Uğurlar! Kosmik yolunuz açıq olsun!

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • 🌟 Bu gün sadəcə sizi 8 Mart münasibətilə təbrik etmək istəyirdik… amma inanılmaz dərəcədə ilhamverici bir şey gördük! 🌟 Google bu günkü Doodle-u Beynəlxalq Qadınlar Gününə həsr edib və STEM sahəsində çalışan qadınların uğurlarını qeyd edir. Bu bütün dünyada qadınların tarix yazdığını, elmi kəşflər etdiyini, kosmosa uçduğunu və gələcəyi formalaşdırdığını göstərən bir mesajdır. Əziz qızlar, bu gün sizin gününüzdür! İşığınız heç vaxt sönməsin, bütün arzularınız gerçəyə çevrilsin və dünyaya qatdığınız dəyər daim hiss olunsun. Cəsarətli olun, böyük xəyallar qurun və öz gücünüzə hər zaman inanın! Bayramınız mübarək! 💙🚀 #WomenInSTEM #8Mart #Parla #shecansteam

    • No alternative text description for this image
  • İKT Bacarıqları Təqaüd Proqramının Daha Bir Uğur Hekayəsi! 🎉🎓 Bugün "Maya Hacıyeva adına İKT Bacarıqları" təqaüd proqramı çərçivəsində UI/UX dizayn sahəsində təhsilini uğurla başa vuran üç xanımı təbrik edirik! Bu dəfə məzunlarımız Maestro School tədris mərkəzində bilik və bacarıqlarını inkişaf etdiriblər. Proqramın məqsədi qadınların texnologiya sahəsində inkişafına dəstək olmaq və onları yeni imkanlarla təmin etməkdir. 17 fevral 2025-ci il tarixində təqaüdlü təhsil alan üç xanım üçün məzun günü keçirildi. Bu tədbirdə onlar əldə etdikləri bilikləri nümayiş etdirərək final layihələrini təqdim etdilər. Onların hər biri böyük əzmkarlıq və çalışqanlıq göstərərək proqramı uğurla tamamladı. Məzunlarımızı ürəkdən təbrik edirik! Onların gələcək karyeralarında daha böyük nailiyyətlər əldə edəcəyinə inanırıq. Proqramın həyata keçirilməsində dəstəyini əsirgəməyən tərəfdaşlarımıza və Təhsilin İnkişafı Fondu / Education Development Fund dərin təşəkkürümüzü bildiririk! Birlikdə daha çox xanımın texnologiya sahəsində uğur qazanmasına və yeni biliklər əldə etməsinə imkan yaratmaq üçün çalışırıq. P.S. Video üçün Maestro School təşəkkürümüzü bildiririk. Leyla Seyidzade Leyla Hajieva Nigar Abdullayeva Aysel Əsgərova #mayahaciyeva #shecansteam #i̇ktbacarıqları

  • “Müxtəliflik, İnklüzivlik və Dayanıqlıq - COP29 Perspektivindən Qlobal Təcrübənin Öyrənilməsi” təşəbbüsü çərçivəsində dördüncü seminarımızı uğurla keçirdik! Bu dəfə mövzumuz “İdarəetmə: KOB-larda dayanıqlığı təmin etmək” oldu. Seminar çərçivəsində iştirakçılar dayanıqlı idarəetmə modelləri, risklərin azaldılması və KOB-ların uzunmüddətli inkişafı üçün strateji yanaşmalar haqqında dəyərli biliklər əldə etdilər. 💡 Effektiv idarəetmə strategiyaları 🌍 Dayanıqlı biznes yanaşmaları 📈 KOB-ların davamlı inkişafı üçün tövsiyələr Bizə öz dəyərli biliklərini paylaşan spikerlərimizə dərin minnətdarlığımızı bildiririk! 🙌 Həmçinin seminara qoşulan, aktiv iştirak edən və müzakirələrə qatılan bütün iştirakçılara təşəkkür edirik! Sizin marağınız və fəallığınız bu təşəbbüsün daha da faydalı olmasına töhfə verdi. Birlikdə daha dayanıqlı və inklüziv gələcək qururuq! 💚 #COP29 #İdarəetmə #Dayanıqlılıq #KOB #İnklüzivlik #Müxtəliflik #SosialMəsuliyyət #Biznesİnkişafı #YaşılGələcək

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +3
  • 🌍 Müxtəliflik, inklüzivlik və dayanıqlıq – dayanıqlı inkişafın təməl prinsipləridir. “Müxtəliflik, inklüzivlik və dayanıqlıq – COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi” təşəbbüsü çərçivəsində sonuncu seminar baş tutacaq. Mövzu: "İdarəetmə: KOB-larda dayanıqlığı təmin etmək" Bizneslərin uzunmüddətli davamlılığı üçün idarəetmə yanaşmaları necə dəyişir? KOB-lar dayanıqlığını qorumaq üçün hansı strategiyalardan istifadə etməlidir? Bu və digər suallara aparıcı ekspertlər cavab verəcək: ✅ Matanat Babayeva – İnsan resursları üzrə baş müdir, Azerconnect Group ✅ Elnara Majidova – İşçilərin transformasiya üzrə proqram rəhbəri, Azerconnect Group ✅ Javahir Muradova – Layihə mütəxəssisi, BMT-nin İnkişaf Proqramı ✅ Aysel Mammadova(Alekperova)– Baş İcraçı Direktor, Quick Consulting Support COP29 Azerbaijan Azerconnect Group Socar Cape LLC UNDP Azerbaijan #ProcterGamble #cop29 #dis #initiative #partnership #sustainability #leadership #management

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
  • 🌍 Daha inklüziv, dayanıqlı və müxtəlif iş mühiti üçün son addım! 10 fevral tarixində COP29 Azerbaijan, Azerconnect Group, SOCAR Cape LLC, Procter & Gamble və UNDP Azerbaijan tərəfdaşlığı ilə həyata keçirilən "Müxtəliflik, inklüzivlik və dayanıqlıq – COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi" təşəbbüsü çərçivəsində dördüncü və sonuncu seminar baş tutacaq! 📌 Bu dəfə diqqət mərkəzində: "İdarəetmə: KOB-larda dayanıqlığı təmin etmək" mövzusu. Tədbirdə tərəfdaşlarımızın təchizatçıları iştirak edəcək və biz birlikdə qlobal təcrübələri bölüşərək, yerli bizneslər üçün yeni imkanlar açacağıq. Əsas məqsədimiz? Kiçik və orta bizneslər üçün müxtəliflik, inklüzivlik və dayanıqlıq sahəsində beynəlxalq təcrübəni paylaşmaq və güclü əməkdaşlıq mühitini formalaşdırmaq! 📣 İş dünyasında yeni perspektivlərə hazırsınız? O zaman bu seminarı qaçırmayın! #COP29 #İnklüzivlik #Dayanıqlıq #Müxtəliflik #KOB #Biznesİnkişafı

    • No alternative text description for this image
  • Laman Aliyeva Prezident Mükafatına layiq görüldü! 🎉 31 yanvar tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident mükafatı təqdim edilib və qaliblər arasında Ləman Əliyeva da var! Bu mükafat onun elm, texnologiya və innovasiya sahələrindəki uğurlarına və gənclərin inkişafına verdiyi töhfələrə yüksək qiymətdir. Ləman Women in Tech CCA Awards 2023 qalibidir və 2024-cü ildə də bu mükafata namizəddir. Bundan əlavə, o, beynəlxalq kosmik olimpiadada iştirak edən komandamızın mentorudur və gənclərə dəstək olmağa davam edir. Ləmanı təbrik edir, yeni zirvələr arzulayırıq!

    • No alternative text description for this image
  • Sərhədsiz səs! İndi 140+ dildə danışa bilərsən! Süni intellekt yenidən heyrətləndirir! Təsəvvür et: sən videonu öz dilində çəkirsən, amma neyron şəbəkə dodaqlarını sinxronlaşdırır, səsini dəyişir və elə edir ki, sanki istənilən dildə danışırsan! Artıq hansı texnologiyalar mövcuddur? Pipio – İntellektual avatarlarla realistik videolar yaradır. Kamera və studiya lazım deyil, hər şeyi İİ edəcək! #MARS5 – 140+ dildə səsini klonlayır, intonasiyanı və danışıq üslubunu qoruyur. Verbalate.AI – səs və dodaq hərəkətlərini tam sinxronlaşdırır. İndi xarici videolar orijinal kimi görünür! Respeecher – filmlərdə və oyunlarda səsləri dəyişir, fərqi heç kim hiss etmir! Bu kontentin gələcəyidir! Artıq dil baryerləri yoxdur – dünyaya sənin səsinlə danış! #Süniİntellekt #GələcəkTexnologiyaları #Səsİİ #AI #NeyronŞəbəkələr #GələcəkBuradadır

    • No alternative text description for this image
  • Yeni ildə yeni tərəfdaşlarımız.🤩 Bu dəfə sizi Alya Abbaszada ilə tanış edirik. Alya Abbaszadə Azərbaycanda yeni bir təşəbbüsün öncüllərindən biri olaraq, ölkənin ilk mələk investorlar klubu olan “Sabah Angels”-in Direktoru vəzifəsində çalışır. O, startup və investisiya ekosisteminin inkişafına həsr olunmuş karyerası ilə seçilir. Alya 5 illik maliyyə və 7 illik İT sahəsində təcrübəyə malik olmaqla yanaşı, hazırda iki startapın həmtəsisçisidir. Azərbaycanda “mələk investor” anlayışını formalaşdırmaqla, bu sahədə praktiki investisiya fəaliyyətinə yönəlmişdir. Hal-hazırda mələk investor kimi startup ekosisteminin inkişafı üçün fəal şəkildə çalışır və innovativ startapların dəstəklənməsinə töhfə verir. Alya, informasiya texnologiyaları sahəsində məhsul və layihə meneceri kimi geniş təcrübəyə sahibdir və maliyyə sahəsində təhsil almışdır. Eyni zamanda, o, Women in Tech Azərbaycan nümayəndəliyinin tərəfdaşıdır və qadınların texnologiya sahəsində daha fəal iştirakı üçün çalışır. Alya əmindir ki, qadınlar və qızlar dünya iqtisadi və sosial həyatında əvəzolunmaz oyunçulardır. O, inanır ki, qadınların inkişafına dəstək verməklə, onların cəmiyyətdəki rolunu daha da möhkəmləndirmək mümkündür. Bu məqsədlə Alya, Women in Tech təşəbbüsü çərçivəsində Azərbaycanda qadınların texnologiya sahəsində daha fəal iştirakını təşviq edir. #shecansteam #womenintech #team

    • No alternative text description for this image

Affiliated pages

Similar pages